Qarabağda 2 ton çətənə kolu aşkarlanıb - FOTO

10:31 03.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Qərvənd və Baş Qərvənd kəndlərinin ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan 2982 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.